Peyvənd olunanların sayı bilinib

   Peyvənd olunanların sayı bilinib
  25 Dekabr 2021    Oxunub:852
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 26 436 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 249, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 609 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 203 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 155 907, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 659 458, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 388 230 təşkil edir.

AzVision.az


Teqlər: Peyvənd   Say  





Xəbər lenti