Şaxta baba ilə Qar qızı axtaran qatar - FOTOLAR

 Şaxta baba ilə Qar qızı axtaran qatar -  FOTOLAR
  26 Dekabr 2021    Oxunub:1231
"Bu gündən etibarən metropoliten xətlərinə xüsusi bəzədilmiş, Dünya Azərbaycanlılarının Həmrəyli və Yeni il mövzusunda qatar xəttə buraxılıb. Bu qatar Yeni ilin sonuna kimi xəttə olacaq".
AzVision.azxəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metropoliten dekabrın 29-u və 30-u az yaşlı sərnişinlərini sevindirəcək. Onlar üçün Şaxta baba və Qar qızın glişi ilə şou -proqram təşkil olunacaq.

"Azyaşlılara hədiyyələr veriləcək. Həmin şou -proqram başa çatandan sonra DJ- in ifasında konsert prorqamı olacaq. Bu hadisələrin hamısı İçərişəhər metrostansiyasında baş tutacaq. Dekabrın 31-i və yanvarın 1-də İçərişəhər və 28 May stansiyalarında günün ruhuna uyğun olaraq simli kvartetin ifasında konsert proqramı olacaq".

B. Məmmədov bildirib ki, metropolitenin iş rejimində də müəyyən dəyişikliklər olacaq. Bayram günlərində mədəni - kütləvi tədbirlərin xarakter və xüsusiyyəti nəzərə alınaraq gücləndirilmiş iş rejiminə keçiləcək.











































Anar Bayramlı
AzVision.az


Teqlər: Metropoliten  





Xəbər lenti