“Nəvələrim hədiyyəni özləri seçir, marketə getmirəm” - Putin

   “Nəvələrim hədiyyəni özləri seçir, marketə getmirəm” -    Putin
  26 Dekabr 2021    Oxunub:820
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yeni ildə nəvələrinə hədiyyələri özü seçir.

Putin bunu “Rossiya 1” kanalında Pavel Zarubinə müsahibə verərkən deyib.

Prezident nəvələri üçün hədiyyələri özü seçib-seçmədiyi sualına belə cavab verib: “Bəli, qismən. Təəssüf ki, marketə alış-verişə getmirəm. Amma indi başqa yollarla da nəyisə seçmək imkanı var və mən bunu özüm etməyə çalışıram, ümid edirəm ki, bəyənirlər”.
Putinin Mariya və Katerina adlı iki qızı var. 36 yaşlı böyük qızı Mariya hollandiyalı iş adamı Yorrit Faaccenlə ailə qurub. Mariya Moskvada, ABŞ səfirliyinin yaxınlığında yaşayır. 35 yaşlı Katerina isə biznesmen Kirill Şamalovun həyat yoldaşıdır.

AzVision.az

Teqlər:







Xəbər lenti