"2,5 milyon erməni ölkəni tərk edib"- Zurabyan

   "2,5 milyon erməni ölkəni tərk edib"-   Zurabyan
  27 Dekabr 2021    Oxunub:1083
Ermənistan nadir ölkələrdən sayılır ki, hər il ölkəni tərk edən vətəndaşların sayı azalmaq əvəzinə artır. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, son illərdə bu proses bir qədər səngisə də, İkinci Qarabağ müharibəsinin gətirdiyi sosial-iqtisadi çətinliklər, o cümlədən siyasi xaos miqrasiya prosesini yenidən artırıb.
Pandemiya şəraiti ilə əlaqədar olaraq əksər ölkələr gediş-gəliş, viza məsələlərini çətinləşdirməsi isə "erməni axını" qarşısında əsas əngəl olub. Əks təqdirdə ölkədən birdəfəlik çıxan vətəndaşların sayı indikindən qat-qat çox olardı.

Ermənistanda demoqrafik böhran: 1,7 milyon nəfər ölkəni tərk edib
Miqrasiya problemləri ekspertləri də narahat edir. Hətta tarixçi Arşaluis Zurabyan ümumi bir analiz apararaq 30 ildə faciəvi mənzərənin yaranmasından gileylənib.

- Son otuz il ərzində iki milyon yarıma yaxın insan vətəni tərk edib. Əgər bu "soyqırımı siyasətinin" nəticəsi deyilsə, bəs bunun adı nədir?

Tural Tağıyev
AzVision.az



Teqlər:   Miqrasiya   Ermənistan  





Xəbər lenti