"İranla mütamadi siyasi məsləhətləşmələr keçiriləcək" - XİN rəhbəri

   "İranla mütamadi siyasi məsləhətləşmələr keçiriləcək" -    XİN rəhbəri
  27 Dekabr 2021    Oxunub:737
"İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Məsləhətləşmələr ən azı 6 aydan bir olacaq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması üzrə razılıq əldə olunub. İşçi Qrupa Azərbaycan və İran XİN-in sözçüləri rəhbərlik edəcək.

XİN başçısı qeyd edib ki, yaxın zamanlarda Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçiriləcək və yeni yol xəritəsi hazırlanacaq ki, bu da ölkələr üçün vacibdir.

AzVision.az



Teqlər: XİN  





Xəbər lenti