Nazir Fransa prezidentliyinə namizədin Xankəndinə qanunsuz səfəri barədə

   Nazir Fransa prezidentliyinə namizədin    Xankəndinə qanunsuz səfəri    barədə
  27 Dekabr 2021    Oxunub:632
"Azərbaycan hər zaman Fransa ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib”.
AzVision.az
Nazir bildirib ki, iqtisadi, humanitar və digər sahədə əməkdaşlıqda böyük uğurlar olub: “Azərbaycan təbii ki, Fransa ilə münasibətlərin inkişafında maraqlıdır. Ötən il Vətən müharibəsi dövründə və müharibədən sonra Fransanın yüksək dövlət rəsmiləri tərəfindən birtərəfli, qərəzli açıqlamalar olub, Azərbaycan bunların qəbuledilməz olduğunu qarşı tərəfə çatdırıb. Ədalət naminə onu da qeyd etməliyəm ki, Fransa bu bəyanatları verməklə bərabər Azərbaycanla dialoqu davam etdirməkdə maraqlı olduğuna da işarə edirdi. Telefon danışıqları, görüşlər vasitəsilə Fransa Azərbaycanın mövqeyini dinləmək yolunda addımlar atırdı. Ötən dövrdə ikitərəfli münasibətlərin ritorikası, habelə Azərbaycan və Ermənistan XİN başçıları arasında Fransanın iştirakı ilə görüşlər keçirilib. Biz bu görüşlərdə balanslı mövqe müşahidə edirdik”.

Fransa prezidentliyinə namizəd Valeri Pekrezin Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qanunsuz səfərinə gəlincə, C. Bayramov qeyd edib ki, bununla bağlı Fransanın müvəqqəti işlər vəkili XİN-ə dəvət edilib, etiraz bildirilib: “Biz bunu da başa düşməliyik ki, bunların çoxu Fransa daxili siyasətinin gündəliyi ilə bağlıdır. Hazırkı Prezident Emmanuel Makrona rəqib olanların atdığı addımlardır. Bu, Fransada prezident seçkiləri öncəsi bu ölkədəki erməni əsilli vətəndaşların səslərini qazanmaq niyyəti ilə bağlıdır. Qanunsuz səfər zamanı Valeri Pekrezi müşayiət edən Fransanın keçmiş rəsmiləri və Avropa İttifaqının (Aİ) keçmiş rəsmisi də vardı. Onların da Azərbaycan XİN-in “qara siyahı”sına daxil edilməsi nəzərdə tutulub. Kim bizə uyğun olmayan mesajlar verəcəksə, onlara uyğun cavab verəcəyik. Əməkdaşlıq mesajına da eyni qaydada cavab veriləcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti