"Hər mövzuda Azərbaycanla məsləhətləşib qərar veririk" - Çavuşoğlu

   "Hər mövzuda Azərbaycanla məsləhətləşib qərar veririk" -    Çavuşoğlu
  27 Dekabr 2021    Oxunub:875
"Ümid edirəm ki, Zəngəzur dəhlizi layihəsi reallaşar".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi daxil olmaqla avtomobil və dəmir yollarının açılması ilə bağlı üçtərəfli görüş faydalı keçib: "Zəngəzur dəhlizinə ən çox Ermənistanın ehtiyacı var. Əlbəttə, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulması da vacibdir. Biz hər mövzuda Azərbaycanla məsləhətləşib qərar veririk. Bunu Ermənistan da, bütün dünya da bilməlidir. Ümid edirik ki, münasibətlər istədiyimiz səviyyəyə çatar, həm Azərbaycan, həm də Türkiyə Ermənistanla sərhədləri açar”.

AzVision.az



Teqlər:





Xəbər lenti