Türkiyə freqatların sayını 8-ə çatdırır

   Türkiyə freqatların sayını 8-ə çatdırır
  27 Dekabr 2021    Oxunub:393
Türkiyənin müdafiə sənayesi rəhbərliyi MİLGEM proqramı çərçivəsində inşa ediləcək altıncı, yeddinci və səkkizinci “İstanbul” sinfinə məxsus freqatların tikintisi üçün tender elan edib.
AzVision.az xəbər verir ki, ilk beş gəmi 2017-ci ildən tikilir. “TCG İstanbul” layihəsinin aparıcı freqatının 2023-cü ildə Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmətinə veriləcəyi gözlənilir.

Gəmilər radarlar, elektron döyüş sistemləri, 76 mm və 25 mm-lik toplar, 35 mm-lik zenit sistemləri, torpedalar və minalar, 16 ədəd “Atmaka” qanadlı raket, pilotsuz uçuş aparatları və S-70B “Seahawk” sualtı qayıq əleyhinə helikopterlərlə təchiz olunub.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Türkiyə   Freqat  







Xəbər lenti