Ermənistana qaytarılan zabit həbs edildi

   Ermənistana qaytarılan zabit həbs edildi
  28 Dekabr 2021    Oxunub:939
Ermənistan ordusunun zabiti, mayor Narek Yeremyan həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə məlumatı Yeremyanın vəkili Karmen Poqosyan yayıb.
Azərbaycanın İrəvana təhvil verdiyi zabitlə bağlı 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

- Hakim Tiqran Simonyanın sədrliyi ilə keçirilən məhkəmə prosesində prokurorun şikayəti təmin edilib və əsirlikdən qayıdan mayor Narek Yeremyanın 2 ay müddətinə həbs edilməsi barədə qərar çıxarılıb.
Xatırladaq ki, bundan öncəki məhkəmədə hakim hərbi hissə komandirinin müavini olmuş mayor Narek Yeremyanın həbsdə saxlanması barədə vəsatəti təmin etməmişdi. Prokuror isə kassasiya şikayəti verib,-yerli saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Həbs   Mayor  





Xəbər lenti