"Bəzi mədəniyyət evləri təyinatı üzrə işləmirlər" - Nazir şikayətləndi

   "Bəzi mədəniyyət evləri təyinatı üzrə işləmirlər" -    Nazir şikayətləndi
  28 Dekabr 2021    Oxunub:287
"Bəzi mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var"
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini lazım edir:

"Mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alacaq. Biz idarəetmə və hesabatlılığı gücləndirməklər bu problemlərin öhdəsindən gələcəyik".

Şəhanə Rəhimova
AzVision.az

Teqlər: Mədəniyyət  







Xəbər lenti