Monteneqroda bankı ələ keçirən şəxs binanı partlatmaq istəyir- VİDEO

   Monteneqroda bankı ələ keçirən şəxs binanı partlatmaq istəyir-   VİDEO
  28 Dekabr 2021    Oxunub:734
Monteneqronun Bar şəhərində bir nəfər bank binasında barrikada quraraq obyekti partlatmaq istəyir. AzVision.az xəbər verir ki, bu barədə yerli telekanllar məlumat yayıb.
Bildirilir ki, onun hədələrinə səbəb hansısa məbləğdə pulun geri qaytarılmasıdır.

- Özünü Edin Beqziç kimi təqdim edən şəxs Bar şəhərindəki yaşayış binalarından birində yerləşən NLB bankın ofisini ələ keçirib. O, pulların Primorka müəssisəsinin işçilərinə qaytarılmasını tələb edir və ofisin girişində kağıza yazdığı müraciətini yapışdırıb. Cinayətkar əldəqayırma partlayıcı qurğunu işə salacağını da deyir. Beqziç öz tələblərini və molotov kokteyli və partlayıcı qurğunun şəkillərini "YouTube"da yerləşdirib.
O, həmçinin bildirib ki, partlayıcıdan əlavə, tapança ilə silahlanıb, gülləkeçirməz jilet, qaz maskasına malikdir. Polis binanı boşaldıb və əraziyə gedən küçəni bağlayıb. Hazırda danışıqlar aparılır,-məlumatda deyilir.



Tural Tağıyev
AzVision.az



Teqlər: Bank   Monteneqro  





Xəbər lenti