Ermənilər Fransa səfirliyi qarşısında aksiya keçirdilər- VİDEO

 Ermənilər Fransa səfirliyi qarşısında aksiya keçirdilər-   VİDEO
  28 Dekabr 2021    Oxunub:995
Qarabağdan olan ermənilər Fransanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, aksiya iştirakçıları əvvəlcə müraciətlərini məktub formasında BMT ofisinə təqdim ediblər. Bundan sonra onlar Fransa səfirliyinin önünə toplaşıblar.

Ermənilər Xankəndində etiraz aksiyası keçirirlər- CANLI
- Etirazçıların sözlərinə görə, təxminən 25 gün əvvəl Fransa prezidentinə məktub göndəriblər. Əsas məqsəd Parisdən siyasi sığınacaq istəməkdir, -yerli saytlar yazıb. Xatırladaq ki, bu gün Xankəndində də etiraz aksiyası keçirilib. Ermənilər müharibədən sonra evsiz qaldıqlarını deyərək onlara vəd olunan mənzillərlə hələ də təmin edilmədiklərini söyləyiblər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan  





Xəbər lenti