"Yeni dərmanlar vaksinasiyanın yerini tutmayacaq"

   "Yeni dərmanlar vaksinasiyanın yerini tutmayacaq"
  28 Dekabr 2021    Oxunub:791
"Bu günə qədər ölkə üzrə istifadə olunan vaksin dozalarının sayı 11 milyon 255 min ədəddir. İki doza vaksin vurduranların sayı 4 milyon 777 min nəfər, “buster” doza vurduranların sayı 1 milyon 255 min nəfərdir".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, vaksin olunanların sayı yaşa görə 65-68 faiz arası dəyişir.

““COVID-19” infeksiyasının müalicəsində dərmanlar barədə danışılır. Artıq bəzi ölkələrdə bu qeydiyyatdan keçib, bəziləri tədarükünə başlayıb. Bu prosess Səhiyyə Nazirliyi tərəfindən izlənilir. Yetərincə elmi məlumat toplandıqdan və qərar verildikdən sonra həmin dərmanların ölkəyə gətirilməsi həyata keçiriləcək”.

Nazir müavini qeyd edib ki, son zamanlar yeni dərmanların təqdimatı ilə bağlı fikirlər söylənilir:

“Yeni dərmanlar vaksinasiyanın yerini tutmayacaq. Dərmanlar birinci fazaya aiddir, yəni infeksiyanın ilk dövründə tətbiqi nəzərdə tutulur. İnfeksiyanın müalicəsində istifadə olunacaq dərmanlar vaksinasiyaya inkar yox, dəstəkləyici mexanizm olacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti