"Ölkədə epidemioloji vəziyyət stabildir" - Şahmar Mövsümov

   "Ölkədə epidemioloji vəziyyət stabildir" -     Şahmar Mövsümov
  28 Dekabr 2021    Oxunub:1044
"Məhdudiyyətlərin Azərbaycanda tətbiq olunması barədə hər hansı qərar yoxdur. Epidemioloji vəziyyət stabildir".

AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, son ay ərzində yoluxma sayları aşağıya düşüb:
“Lakin bir sıra ölkələrdə məhdudlaşdırıcı tədbirlərin olması Azərbaycanda da baş verə bilər. Buna görə diqqətli olmalıyıq. Bunun üçün yeganə yol vaksinasiyadır. Son tədqiqatlar göstərir ki, vaksinasiya iki dozadan sonra yüksək qoruyuculuğa malikdir. Lakin ikinci dozadan 4 ay sonra qoruyucu immunitet aşağı düşür. Bunun üçün “buster” dozanın vurulması ciddi tövsiyyə edilir. Bu proses ölkəmizdə də başlayıb”.

Aytən Zəhra

AzVision.az


Teqlər:





Xəbər lenti