Son sutkada 376 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

   Son sutkada 376 nəfər koronavirusa yoluxub,    16 nəfər ölüb
  28 Dekabr 2021    Oxunub:551
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 887 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 min 545 nəfər müalicə olunaraq sağalıb, 8 min 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 min 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 784, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 832 min 974 test aparılıb.

AzVision.az


Teqlər: COVİD-19  





Xəbər lenti