Fransadan yeni rekord- Sutkalıq yoluxma 180 minə çatdı

      Fransadan yeni rekord-   Sutkalıq yoluxma 180 minə çatdı
  28 Dekabr 2021    Oxunub:846
Fransada koronavirusa yoluxma ilə bağlı yeni rekord göstərici qeydə alınıb. AzVision.az xəbər verir ki, Fransa sanitariya agentliyinin məlumatına görə, ölkədə bir gündə təxminən 180 min yeni yoluxma aşkar edilib.
Bu isə epidemiyanın başlanğıcından bəri rekord göstərici sayılır.

- 24 saat içində koronavirusa yoluxanların sayı 179 807 nəfər olub.
Şənbə günü, yəni dekabrın 25-də isə gündəlik yoluxma 104 mindən çox idi,-yerli saytlar yazıb.

Xatırladaq ki, bir müddət əvvəl ölkənin səhiyyə naziri Olivye Veran bildirmişdi ki, tezliklə Fransada "omikron" ştamı üstünlük təşkil edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yoluxma   Fransa  





Xəbər lenti