“ASAN xidmət”in uğurlarının əsasında Prezidentin siyasi iradəsi dayanır”

   “ASAN xidmət”in uğurlarının əsasında Prezidentin siyasi iradəsi dayanır”
  29 Dekabr 2021    Oxunub:541
"Cənab Prezident İlham Əliyevin çoxvektorlu islahatlarından biri də dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi olduğu “ASAN xidmət” konsepsiyasıdır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, “ASAN xidmət” dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizədə və müasir texnologiyaların, innovasiyaların dövlət xidmətlərinə tətbiqi ilə vətəndaşların hüquqlarının təmin edilməsində institusional bir islahat olmaqla, qısa zamanda həm vətəndaşların məmnunluğunu, həm də beynəlxalq müstəvidə ciddi maraq yaratmaqla Azərbaycanın brendi, milli innovativ məhsulu adını qazandı:

"Təsadüfi deyil ki, “ASAN xidmət” ali beynəlxalq təşkilat olan BMT tərəfindən 2 dəfə dövlət xidmətlərinin təşkili və dövlət xidmətlərində müasir texnologiya və innovasiyaların tətbiqi üzrə (2015 və 2019-cu illərdə) birinci yerə və xüsusi mükafata layiq görülüb. Bu gün “ASAN xidmət” 10-dan çox ölkədə bu modelin qurulması istiqamətində hüquqi yardım, məsləhət və təlim xidmətlərini həyata keçirir. Bir islahat olaraq “ASAN xidmət”in uğurlarının əsasında cənab Prezidentin siyasi iradəsi, etimadı dayanır".

AzVision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti