Gələn ilin əsas iqtisadi riskləri açıqlanıb

   Gələn ilin əsas iqtisadi riskləri açıqlanıb
  29 Dekabr 2021    Oxunub:1014
Koronavirusun yeni ştammının meydana çıxması, inkişaf etmiş ölkələrdə inflyasiyanın yüksək göstəriciləri nəticəsində dünya iqtisadiyyatının bərpası tempinin yavaşıması və geosiyasi mübarizənin kəskinləşməsi 2022-ci ildə qlobal maliyyə sistemi üçün əsas təhdidlərdən biri ola bilə. Böyük Britaniyanın “The Guardian” qəzeti belə proqnoz dərc edib.

AzVision.az xəbər verir ki, nəşr noyabrda Afrikanın cənubunda aşkarlanan “omikron” ştammının effektinin iqitsaidyyatın yeni məhdudiyyətlər şəraitində hərəkət etməyə məcbur olan bir sıra sektorlarında artıq hiss edildiyini yazır. Bu kontekstdə, “BCA Research” analitik mərkəzinin iqtisadçısı Dxaval Coşi qeyd edib ki, tezliklə virusun daha təhlükəli variantının meydana çıxması ehtimalı var və bunun da nəticəsində total lokdaunlara qayıtmaq təcrübəsinə qayıtmaq tələbi yarana bilər.

Qlobal iqtisadiyyatın artımını əngəlləyən digər faktor inkişaf etmiş ölkələrdə yüksək inflyasiya ola bilər. Qəzet xatırladır ki, enerjidaşıyıcılarına qiymətlərin artımı və işçi qüvvəsinin çatışmazlığı nəticəsində yüksək inflyasiya sıçrayışı yola saldığımız ildə İngiltərə Bankını, ABŞ-ın Federal Ehtiyatlar sistemini (FES) və Avropa Mərkəzi bankını qəfil yaxalayıb.

Bir müddət əvvəl İngiltərə Bankı 2022-ci ilin aprel ayına ölkədə yaşayışın 5% bahalaşacağı və sonra bu göstəricinin enməyə bağlayacağı proqnozunu vermişdi. Gələn il ABŞ-da inflyasiyanın sürətlənəcəyi barədə Danimarkanın “Saxo Bank” bankı da xəbərdarlıq etmişdi. Bu ssenari qeyri-real görünsə də, “Saxo Bank” bir təqvim ilində ABŞ-da indeks artımlarının 15%-ə qədər yüksələ biləcəyini açıqlamışdı.

Ekspertlərə görə, gələn il dünya iqtisadiyyatına təsir göstərəcək daha bir vacib məqam Çindəki vəziyyət olacaq. “The Guardian” qəzeti ehtimal edir ki, Çinin sədri Si Cinpinin guya “millyiətçi ritorikası”, xüsusilə də Tayvana münasibətdə belə yanaşması kontekstində yaxın zamanlarda bu ölkədə “iqtisadiyyat və geosiyasət toqquşa bilər”.

Mütəxəssisllər habelə, milli valyutaların devalvasiyası nəticəsində Türkiyə və Argentina kimi inkişaf etməkdə olan ölkələrdə iqtisadi böhranın yarana biləcəyini də vurğulayıblar.
Qlobal iqtisadiyyatın inkişaf templərinin yavaşıması fonunda, mərkəzi bankların daha sərt kredit-pul tədbirləri siyasətinə keçməsinin “maliyyə bazarlarını çökdürə” biləcəyi ehtimalı də ekspertlərin xəbərdarlıqları sırasında yer alıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İqtisadiyyat   risklər  





Xəbər lenti