Dünya çempionatı : Məmmədyarov Karlsenə qalib gəlib

      Dünya çempionatı  : Məmmədyarov Karlsenə qalib gəlib
  29 Dekabr 2021    Oxunub:1013
Polşanın paytaxtı Varşavada şahmatın blits növü üzrə dünya çempionatına start verilib.
AzVision.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edir.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayır.

Məmmədyarov IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 36-cı gedişdə rəqibini məğlub edib.

Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparır.

Qeyd edək ki, bu gün kişilər arasında 12, qadınlar arasında isə 9 tur oynanılacaq.

AzVision.az

Teqlər: Şahmat  







Xəbər lenti