47 min aztəminatlı ailəyə 100 manat yardım göstəriləcək

   47 min aztəminatlı ailəyə 100 manat yardım göstəriləcək
  30 Dekabr 2021    Oxunub:2003
"Azərbaycanda 47 min aztəminatlı ailənin hər birinə bayram münasibətilə birdəfəlik 100 manat məbləğində yardım göstəriləcək".

AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.
Onun sözlərinə görə, növbəti illərdə həssas təbəqəyə aid olan şəxslərin vəziyyəti diqqət mərkəzində olacaq:

"Bu istiqamətdə vacib addımlar atılacaq. Gələn ilin dövlət büdcəsindən 1,5 milyard manat sosialyönümlü yardımlara xərclənəcək". Nazir müavini əlavə edib ki, əmək pensiyalarının minimum məbləği də artırılıb: "Bu da 65 min şəxsi əhatə edəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər: Müavinət  





Xəbər lenti