Britaniya səfiri "Nizami Gəncəvi" parkından paylaşım edib

Britaniya səfiri "Nizami Gəncəvi" parkından paylaşım edib
  30 Dekabr 2021    Oxunub:2716
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkını ziyarət edib.
AzVision.azxəbər verir ki, bu barədə diplomat öz tvitter səhifəsində yazıb. 

"Təsadüfən bu səhər mən də bu parkda idim. Gözəl parkdır", - səfir vurğulayıb.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Nizami-Gəncəvi   Park  





Xəbər lenti