Mağazada pirotexniki vasitələr satan saxlanıldı

Mağazada pirotexniki vasitələr satan saxlanıldı
  31 Dekabr 2021    Oxunub:788
Qobustanda ərzaq mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan şəhər sakini Nicat Cəbrayılov saxlanılıb.

Onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti