Aİ-yə sədrlik Fransaya keçib

Aİ-yə sədrlik Fransaya keçib
  01 Yanvar 2022    Oxunub:305
Avropa İttifaqına sədrlik yanvarın 1-dən Fransaya keçib.
AzVision.az xəbər verir ki, 27 dövləti birləşdirən təşkilatda qəbul edilmiş rotasiya qaydalarına uyğun olaraq Fransanın sədrliyi 6 ay müddətində davam edəcək.

Fransalı analitiklər Parisin altı aylıq sədrliyi dövründə çox çətin missiya ilə üzləşəcəyini bildiriblər. Onların sözlərinə görə, koronavirus pandemiyasının yaratdığı sanitar böhran dövrünün sərt məhdudiyyətlərindən sonra iqtisadiyyatın yenidən işə salınması planının həyata keçirilməsini təmin etmək lazımdır.

Bu məqsədlər üçün Aİ-yə üzv olan 27 ölkə bir il əvvəl 750 milyard avro ayırmaq qərarına gəlib. Lakin pandemiyanın beşinci dalğasının yaxınlaşması bütün planları poza bilər.

AzVision.az

Teqlər: Fransa    







Xəbər lenti