Son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

   Son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
  01 Yanvar 2022    Oxunub:992
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 364 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadəın xəbər verir ki, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 151 nəfər müalicə olunaraq sağalıb, 8 365 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 444, bu günə qədər isə ümumilikdə 5 870 329 test icra olunub.

AzVision.az



Teqlər: Korona   Statistika  





Xəbər lenti