COVID-19 əleyhinə bu gün vurulan peyvəndlərin sayı bildirilib

   COVID-19 əleyhinə bu gün vurulan peyvəndlərin sayı bildirilib
  01 Yanvar 2022    Oxunub:1414
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
AzVision.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bir gündə 77 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 271 təşkil edir.

AzVision.az



Teqlər: Korona   Vaksin  





Xəbər lenti