Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya qaçıb

Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya qaçıb
  02 Yanvar 2022    Oxunub:593
Naməlum şəxs Qanqvon əyalətinin şərq hissəsindəki maneələri keçərək Cənubi Koreyadan Şimali Koreyaya keçib.
AzVision.az xəbər verir ki, yanvarın 1-i saat 21.20-də (Bakı vaxtı ilə 16.20) xüsusi texnika silahsızlaşdırılmış zonada bir nəfərin olmasını izləyib. Onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Həmin şəxsi saxlamaq üçün hərbçilər göndərilib. Demilitarizasiya zonasında keçirilən əməliyyat zamanı məlum olub ki, naməlum şəxs təxminən yerli vaxtla saat 22.40-da hərbi demarkasiya xəttini keçib və Şimala qaçıb. Cənubi Koreya hərbçiləri KXDR-dən olan həmkarlarına bildiriş göndərsələr də, cavab almayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti