Ağdamda Lissabon şəhərindəki kimi geniş küçələr olacaq

   Ağdamda Lissabon şəhərindəki kimi geniş küçələr olacaq
  02 Yanvar 2022    Oxunub:699
Ağdam şəhərinin küçə və yolları kifayət qədər geniş olacaq.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.

O, bildirib ki, dünyada ən geniş şəhər küçələrindən biri Lissabon şəhərindədir, eni 60 metrdir. Ağdam şəhərində iki belə böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinin isə 55 metr olacaq.

“Küçələr boyu həm yaşıllıqlar, həm də avtobus, piyada və velosiped yolları olacaq. Avtomobillərin park edilməsi üçün yerlər çoxluq təşkil edəcək. Yəni elə planlaşdırmağa çalışdıq ki, insanların şəxsi nəqliyyat vasitələri olsa belə, o maşınlardan istifadəyə ehtiyac qalmasın. İctimai nəqliyyat şəhərin ekologiyasını qorumaq üçün daha çox təmiz yanacaqla fəaliyyət göstərəcək. Burada həm elektrik, həm təmiz dizel və ya sıxılmış qazla çalışan nəqliyyat vasitələri olacaq”, – deyə Emin Hüseynov əlavə edib.

AzVision.az


Teqlər: Ağdam  





Xəbər lenti