Haitidə Baş nazirə sui-qəsd cəhdi olub

Haitidə Baş nazirə sui-qəsd cəhdi olub
  02 Yanvar 2022    Oxunub:685
Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər.
AzVision.az “Telesur kanalına istinadla xəbərinə görə, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib.

Baş nazir məbəddən çıxarkən ona bir neçə atəş açılıb. Mühafizəçilər hökumət başçısını hadisə yerindən uzaqlaşdıra biliblər. Atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Bayram tədbiri ləğv edilib. Ariel Anri xəsarət almayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti