Göyçay sakini ehtiyatsızlıqdan özünü güllələdi

Göyçay sakini ehtiyatsızlıqdan özünü güllələdi
  03 Yanvar 2022    Oxunub:764
Göyçay sakinin ehtiyatsızlıqdan özünü güllələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 2-də Mırtı kəndində B.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürülüb. B.Muradov xəstəxanaya yerləşdirilib.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti