Braziliya prezidenti xəstəxanaya yerləşdirilib

Braziliya prezidenti xəstəxanaya yerləşdirilib
  03 Yanvar 2022    Oxunub:291
Braziliya prezidenti Jair Bolsonaro qarında kəskin ağrı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” dövlət başçısının həkiminə istinadən məlumat yayıb. Onun sözlərinə görə, müayinə Bolsonaronun əməliyyata ehtiyacı olub-olmadığını öyrənməyə imkan verəcək. Prezident ötən iyul ayında qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib və 4 gün xəstəxanada qalıb.

Qeyd edək ki, 2018-ci il sentyabrın əvvəlində o vaxt prezidentliyə namizəd olan Bolsonaro Braziliyanın cənub-şərqində seçicilərlə görüşərkən bıçaqlanıb. Hadisə yerində polis cinayəti etiraf edən 40 yaşlı işsiz Adeliu Bispo de Oliveyranı saxlayıb. O bildirib ki, polisin başa düşməyəcəyi şəxsi motivlər onu sui-qəsd cəhdinə sövq edib. Siyasətçi xəstəxanada üç həftədən çox yatıb və ümumilikdə dörd əməliyyat keçirib.

AzVision.az

Teqlər:







Xəbər lenti