Botsvana Prezidenti koronavirusa yoluxdu

Botsvana Prezidenti koronavirusa yoluxdu
  03 Yanvar 2022    Oxunub:230
Botsvana Prezidenti Mokvetsi Masisinin karonavirus testinin cavabı müsbət olub.
AzVision.az xəbər verir ki, bu barədə hökumətin bəyanatında deyilir.

“Prezident koronavirus infeksiyası üçün verdiyi testin cavabı müsbət çıxıb. Hazırda özünü təcrid edib, COVID-19-un yüngül simptomları üçün müalicə alır. Səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti təhvil verib”, məlumatda bildirilib.

Prezident yoluxmasını ölkə vətəndaşları üçün xəbərdarlıq adlandırıb, onlara peyvənd edilməsinin vacibliyini xatırladıb.


AzVision.az

Teqlər: Botsvana  







Xəbər lenti