Son gündə koronavirusa yoluxanların sayı açıqlanıb

   Son gündə koronavirusa yoluxanların sayı açıqlanıb
  03 Yanvar 2022    Oxunub:269
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 444, bu günə qədər isə ümumilikdə 5 870 329 test icra olunub.

AzVision.az

Teqlər: COVID-19  







Xəbər lenti