İsrail hökuməti peyvənd olunmuş turistləri ölkəyə buraxacaq

İsrail hökuməti peyvənd olunmuş turistləri ölkəyə buraxacaq
  03 Yanvar 2022    Oxunub:825
Yanvar ayının 9-dan İsrail koronavirusun yayılma riski az olan ölkələrdən peyvənd olunmuş və ya virusdan yeni sağalan xarici turistlərin qəbulunu bərpa edir.
AzVision.az xəbər verir ki, Bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İsrailə səfər etmək üçün öncə onlayn forma doldurmaq lazımdır. Təyyarəyə minməzdən əvvəl PCR testi və ya antigen testi verilməlidir. Eyni zamanda turist ölkəyə daxil olarkən PCR testindən keçməlidir. Cavabı alana qədər isə təcrid olunmalıdır.

AzVision.az


Teqlər: israil  





Xəbər lenti