“Taliban” rəsmisi Kabildə rusiyalı investorlarla görüşdü

“Taliban” rəsmisi Kabildə rusiyalı investorlarla görüşdü
  03 Yanvar 2022    Oxunub:287
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” tərəfindən müvəqqəti Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin edilən Əbdül Salam Hənəfi Kabildə rusiyalı investorlardan ibarət nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə neft və qaz hasilatı, ixtisaslaşmış emal müəssisələrinin, sıxılmış, mayeləşdirilmiş təbii qazın istehsalı sistemlərinin və sement zavodunun yaradılması məsələləri ətraflı müzakirə olunub.

“Taliban” rəsmisi əmin edib ki, Əfqanıstanda investorlar üçün yaxşı şərait və müvafiq infrastruktur yaradılacaq.

AzVision.az

Teqlər: Taliban   Rusiya  







Xəbər lenti