“F-16” lar Rusiya qırıcılarını Baltik dənizində tək buraxmır

“F-16” lar Rusiya qırıcılarını Baltik dənizində tək buraxmır
  03 Yanvar 2022    Oxunub:317
Litvanın Zoknyay aviabazasında rotasiya əsasında yerləşdirilən NATO qırıcıları 2021-ci ilin dekabrında beş dəfə Rusiya hərbi təyyarələrini müşayiət edib.
AzVision.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, noyabrın sonundan Litvada xidmətdə olan 4 “F-16” qırıcısı ilə Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar dekabrın 7-də Rusiya təyyarələrini müşayiət etmək üçün iki dəfə, dekabrın 14, 21və 22-də isə bir dəfə havada olublar.

Bu, noyabr və oktyabr aylarında iki dəfə, sentyabrda isə doqquz dəfə baş verib. Rusiyanın Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Rusiya hərbi təyyarələrinin Kalininqrad vilayətinə və əks istiqamətdə uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi riayət olunmaqla neytral sular üzərində həyata keçirilir.


AzVision.az

Teqlər: F-16  







Xəbər lenti