Rusların olduğu ekskursiya avtobusu qəzaya düşüb

Rusların olduğu ekskursiya avtobusu qəzaya düşüb
  03 Yanvar 2022    Oxunub:403
Belarusun Vitebsk vilayətində içərisində Rusiyanın 40 vətəndaşının olduğu ekskursiya avtobusu minik avtomobili ilə toqquşub.
AzVision.az xəbər verir ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü həlak olub, avtobusun sərnişinləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar arasında dörd uşaq da var. Rusiyanın Belarusdakı səfirliyinin məlumatına görə, üç rusiyalının vəziyyəti ağırdır.

AzVision.az

Teqlər: Qəza   Belarus  







Xəbər lenti