Hulusi Akar Ermənistana çağırış etdi

   Hulusi Akar Ermənistana çağırış etdi
  03 Yanvar 2022    Oxunub:1922
“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”.
AzVision.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra 3+3 əlaqələr Qafqazda sabitliyi təmin edəcək: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”,- deyə nazir əlavə edib.


AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti