Diləndirilən uşaqlar, döyülən kişilər, erkən evləndirənlər - STATİSTİKA

   Diləndirilən uşaqlar, döyülən kişilər, erkən evləndirənlər -    STATİSTİKA
  03 Yanvar 2022    Oxunub:1987
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaq sığınacağına yerləşdirilən, reabilitasiya keçən qadın və uşaqların 2021-ci il üzrə statistikasını açıqlayıb.
AzVision.az xəbər verir ki, o, statistikanı hüquq-mühafizə orqanları, icra hakimiyyətləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi tərəfindən rəsmi müraciətlər və şifahi danışıqlar əsasında yerləşdirildiyini qeyd edib.

K Ağazadə bildirib ki, 2021-ci ildə 15 nəfər qadın, 32 nəfər qız, 20 nəfər oğlan məişət zorakılığına məruz qalıb.
"Baxımsız, səfil həyata məruz qalan, diləndirilən uşaqlardan 5 nəfəri qız 4 nəfəri oğlandır. 2021-ci il ərzində 61 uşaq və 15 qadın Uşaq Sığınacağında qısa və uzun müddətli yerləşdirilib. 2021-ci ildə (12 ay) qaynar xəttə 332 nəfər müraciət edib. Onlardan 78 nəfəri qadın müraciətidir. Məişət zorakılığı zəminində nikahın pozulması nəticəsində 27 qadın həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsləhət istəyib. 59 nəfər qadın aliment tələbi ilə bağlı məsləhət və istiqamətləndirmə istəyib.118 nəfər isə həm qadın, həm də kişi sosial problemlər, uşaqların sığınacağa yerləşdirilməsi, 22 nəfər kişi həyat yoldaşı tərəfindən psixoloji, fiziki zorakılığa məruz qalma ilə bağlı müraciət edib".

K.Ağazadə bildirib ki, bu dövrdə 28 nəfər (10-18 yaş arası ) uşaq və yeniyetmə müraciət edib: "Müraciətin səbəbi ailə münaqişəsi, erkən nişanlanma, təhsildən uzaqlaşdırılma olub. Sosial şəbəkələr üzərindən müraciətlərdən 218 mini instaqram, 32 mini Facebook səhifələrimizin izləyiciləri tərəfindən olub. Müraciətlərdən 6918 nəfər məişət zorakılığına məruz qalanlardır ki, bunun da 6635 nəfəri qadın, 44 nəfəri kişi, 239 nəfəri uşaqlar olub.

Baxımsızlıq səbəbindən uşaqlarının və özlərinin sığınacaqla təmin edilməsi iıə bağlı 2713 nəfər qadın, 6 nəfər kişi müraciət edib. Övladlığa uşaq götürmə ilə bağlı müraciət edənlər 769 nəfər olub".

K.Ağazadə qeyd edib ki, cinsiyyət olaraq oğlan uşağı istəyi 651 nəfər, qız uşağı istəyi 118 nəfər olub:
"0-2 yaş arası övladlığa uşaq götürmə müraciəti 751 nəfər, 3-6 yaş arası övladlığa uşaq götürmə müraciəti 14 nəfər, 7-9 yaş arası övladlığa uşaq götürmə müraciəti 4 nəfər olub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəssisəyə yerləşdirilməsi ilə bağlı 421 nəfər müraciət edib. 421 uşağın 318 nəfəri oğlan , 103 nəfəri qızdır.

Tək analar(qeyri-rəsmi nikah) – 218 nəfər
Boşanmış qadınlar – 87 nəfər
Həyat yoldaşları dünyasını dəyişən qadınlar – 37 nəfər
Tək atalar (qeyri-rəsmi nikah)- 25 nəfər
Boşanmış kişilər - 42 nəfər
Həyat yoldaşları dünyasını dəyişən kişilər- 6 nəfər
Qəyyum nənə-babalar – 6 nəfər
Dilənən uşaqlarla bağlı – 416 nəfər müraciət edib
Şiddət görən uşaqlarla bağlı – 386 nəfər müraciət edib.
Seksual hərəkətlərə təhrik, təcavüzə məruz qalma – 338 nəfər müraciət edib
Çətin tərbiyə olunan övladlarının sığınacağa yerləşdirilməsi – 381 nəfər müraciət edib
Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası – 272 nəfər müraciət edib
Onkoloji, əməliyyat ehtiyaclarının qarşılanması məqsədi ilə maddi yardım dəstəyi – 214 nəfər müraciət edib.
Zərərli vərdişləri olanların və ya onların yaxınlarının müraciəti - 208 nəfər müraciət edib.
“Adımı deyə bilmərəm ,Kömək edin” deyənlər -187 nəfər
Hədə qorxu, şantaj olunma ilə bağlı – 143 nəfər
Erkən nikah, nişan mərasimi, qaçırılma ilə bağlı – 141 nəfər
Dövlət uşaq müəssisələrində, ahıllar evində baş verən neqativ hallarla bağlı – 82 nəfər


Müraciətlərin təhlili, cavablandırılması, istiqamətləndirilməsi 5 nəfər könüllü tərəfindən həyata keçirilib. Sosial şəbəkələr üzərindən məişət zorakılığı, təcavüz, erkən nikah,şantaj xarakterli , digər cinayət tərkibli müraciətlərin 35%-i bizim müraciətimizdən sonra hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülərək araşdırma aparılıb".

AzVision.az


Teqlər: Uşaq  





Xəbər lenti