Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Ötən gün yol qəzalarında 5 nəfər ölüb
  04 Yanvar 2022    Oxunub:686
Ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb. Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti