Peyvənd olunanların sayı açıqlanıb

   Peyvənd olunanların sayı açıqlanıb
  04 Yanvar 2022    Oxunub:1017
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə 183 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, buster doza üzrə vaksinasiya olunanların sayı isə 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 548, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 760, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 357 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  





Xəbər lenti