Türkiyə ötən il 1140 terrorçunu zərərsizləşdirib
Çataklı mediaya açıqlamasında onu da qeyd edib ki, hazırda dağlarda 156-dan çox terrorçu gizlənir.
- Əvvəllər ildə 5 min insan terrorçuların sıralarına qoşulurdu, lakin o zaman da istədiklərinə nail ola bilmirdilər. İndi onların sayı 156-dan azdır, sözsüz ki, məqsədlərinə çata bilməyəcəklər, - Nazirlik rəsmisi bildirib.
2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib.
AzVision.az
Teqlər: Türkiyə