Çin zondu Marsın buz “qapağı”nı çəkdi- FOTOLAR

   Çin zondu Marsın buz “qapağı”nı çəkdi-   FOTOLAR
  04 Yanvar 2022    Oxunub:1662
Çinin "Tianven 1" kosmik missiyası çərçivəsində fəaliyyət göstərən zond Marsın yeni fotoşəkillərini Yerə ötürüb. AzVision.az xəbər verir ki, bu barədə “Space” məlumat yayıb.
Fotolar kosmik cihazın arxasında olan və Wi-Fi vasitəsilə məlumatları ötürən xüsusi kamera tərəfindən çəkilib.

Çin aparatı Mars missiyasını uğurla davam etdirir
Çin Milli Kosmik Agentliyi bildirib ki, görüntülərdə cihazın özü ilə yanaşı "qırmızı planet"in şimal qütbündəki buz “qapağı”nı və düzənliyi də müşahidə etmək olar.



Xatırladaq ki, Çinin Marsla bağlı xüsusi kosmik missiyası olan “Tianven-1” orbital aparatdan, eniş modulundan və marsda hərəkətə edəcək xüsusi aparatdan ibarətdir. Raket 23 iyul 2020-ci il tarixində Vençang kosmodromundan buraxılıb. 15 may 2021-ci ildə isə aparat Marsa uğurla eniş edib. Beləliklə də, Çin ABŞ-dan sonra bu planeti birbaşa tədqiq edə bilən ikinci ölkə olub.

Plana görə, “Zhuzhong” adlı robot Marsda həyat əlamətlərinin axtarışını aparmalıdır.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Mars   Çin   Aparat  





Xəbər lenti