Qazaxıstanda vəziyyət gərginləşib- Prezident xalqa müraciət etdi

      Qazaxıstanda vəziyyət gərginləşib-   Prezident xalqa müraciət etdi
  04 Yanvar 2022    Oxunub:1217
Qazaxıtanda qazın qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib.
AzVision.az xəbər verir ki, Almatı şəhərinin mərkəzi meydanında etirazçılarla polis arasında qarşıdurma yaranıb. Polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər, bir neçə etirazçının saxlanıldığı bildirilir.

Qazaxıstanda messencerlər mitinqlərə görə bloklandı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı sakinləri tədbirli olmağa, daxili və xarici təxribatlara uymamağa çağırıb.

- Mülki və hərbi idarələrə hücum çağırışları tamamilə qeyri-qanunidir. Bu, cinayətdir. Bizə münaqişə yox, qarşılıqlı etimad və dialoq lazımdır. Bütün qanuni xahiş və tələblərə diqqətlə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək. Sabah bu məsələlərlə bağlı işçi iclas keçiriləcək, - Prezident deyib.

Qeyd edək ki, Qazaxıstanda Yeni il bayramından dərhal sonra qazın qiymətinin kəskin artması ilə bağlı etirazlar başlayıb. Etiraz aksiyaları Manqıstau vilayətinin Janaozen və Aktau şəhərlərində, o cümlədən Kurık, Akşükür və digər ərazilərdə keçirilib. Avtomobillərə vurulan yanacaq qazınının qiymətinin iki dəfə qalxması elan edildikdən sonra mitinqlər kütləvi hal alıb.

Ölkənin Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən qazın qiyməti tələb və təklif əsasında elektron birja ticarətində formalaşır. "Akimat" isə qaz qiymətlərinin tənzimlənməsində iştirak etmir. Çünki bu məhsul rəqabət mühitinə aiddir. Eyni zamanda, fərdi sahibkarlar tərəfindən əsassız olaraq qiymət artımı faktları baş verdikdə, Rəqabətin Müdafiəsi Agentliyinin şöbəsi tərəfindən inzibati tədbirlər görülür. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

AzVision.az



Teqlər:   Qazaxıstan   Mitinq   Qaz  





Xəbər lenti