Dünyanın ən məşhur 10 restoranı seçilib - SİYAHI

Dünyanın ən məşhur 10 restoranı seçilib -    SİYAHI
  05 Yanvar 2022    Oxunub:1998
Dünyanın ən yaxşı restoranlarının adları açıqlanıb.
AzVision.az xarci mətbuata istinadən xəbər verir ki, qaliblər “Travellers' Choice Restaurants Awards” mükafatına əsasən seçiliblər.



Proqnozların və gözləntilərin əksinə olaraq birinci yeri Fransa və İtaliyadan olmayan müəssisələr tutub. Beləliklə, ən yaxşı restoran statusuna Britaniyanın mənzərəli yerində yerləşən “Old Stamp House” layiq görülüb. Müəssisə “1 Michelin” ulduzu alıb.



Dünya reytinqində ikinci ən yaxşı restoran Fransada yerləşən “La Maison d'a Cote” olub. Üçüncülüyə isə Tokio-da olan “Ise Sueyoshi” layiq görülüb.



İlk onluqda meksikan restoranı “Benazuza”, Fransanın digər təmsilçisi – “Les Plaisirs Gourmands Schiltigheim”, həmçinin İspaniyanın iki müəssisəsi və Rio-de-Janeyroda yerləşən “Oro Restaurante” restoranı yer alıb.

AzVision.az



Teqlər: Restoran  





Xəbər lenti