Samuxda 17 yaşlı qız qaçırıldı - Təfərrüat

   Samuxda 17 yaşlı qız qaçırıldı -    Təfərrüat
  05 Yanvar 2022    Oxunub:2496
Samuxda oğlan 17 yaşlı qızı evlənmək məqsədilə qaçırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu AzVision.az -a açıqlamasında bildirib ki, sosial şəbəkədə yayılan məlumatar əsasında Komitə tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb:

"İlkin məlumatlara görə, dekabrın 28-də Samux rayonu Qarayeri qəsəbə sakini 10-cu sinif şagirdi olan 17 yaşlı B.T ailələrin razılığı ilə nişanlanıb. Daha sonra nişanlandığı Samux rayonu Yenikənd sakini tərəfindən qaçırılıb. Hazırda şəxsin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə Samux Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya məlumat verilib. Hər iki tərəfin valideynləri məsələ ilə bağlı Samux Rayon İcra Hakimiyyətinə dəvət olunublar. Eyni zamanda hüquq-mühafizə orqanlarına da məlumat verilib. Zəruri bütün tədbirlər görülür, məsələ Komitənin nəzarətindədir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qızqaçırma  





Xəbər lenti