"Pandemiya dövründə hotelçilik ağır bir sınaqdan keçdi" - Fuad Nağıyev

   "Pandemiya dövründə hotelçilik ağır bir sınaqdan keçdi" -    Fuad Nağıyev
  05 Yanvar 2022    Oxunub:983
Postpandemiya dövründə turizm sahəsində dövlətlər arasında rəqabətin artacağı qaçılmazdır.
AzVision.az xəbər verir ki, b unu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Milli Məclis" jurnalına müsahibəsində deyib. O qeyd edib ki, pandemiya bir sıra sahələr kimi turistlərin gözləntiləri və səyahət etdikləri ölkəyə dair tələblərində də dəyişikliyə səbəb olub:

“Bu baxımdan digər amillərlə yanaşı, artıq ölkəmizin virus baxımından təhlükəsiz olması da xüsusi vurğulanmalıdır. Turizmin inkişafını ancaq infrastrukturlarla bağlamaq olmaz. Turizm kompleks bir sahə olduğundan, bu sahənin inkişafı üçün də kompleks yanaşma mütləqdir. Başqa sözlə, infrast­rukturla təklif edilən xidmətlər üst-üs­tə düşməlidir. Xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir”.

F.Nağıyev qeyd edib ki, pandemiya dövründə hotelçilik ağır bir sınaqdan keçdi:
“Hazırda hotelçilik sahəsində, xüsusilə də xidmət sferasında müəyyən çatışmazlıqlar var. Ancaq hotellərdə xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində kifayət qədər irəliləyiş və inkişaf da müşahidə olunur. Ulduz dərəcələrinin hotellərin real olaraq təklif etdikləri xidmətlərə uyğunlaşdırılması məqsədi ilə Dövlət Turizm Agentliyi tərəfindən müəyyən təşəbbüslər həyata keçirilib. Burada hotelçilik sahəsində fəaliyyət göstərən ictimai birlik və assosiasiyaların da xidmətləri böyükdür”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti