Hərbçilərin qar uçqunu altında qalması xəbəri yalandır - MN

   Hərbçilərin qar uçqunu altında qalması xəbəri yalandır -    MN
  05 Yanvar 2022    Oxunub:1433
Azərbaycanın Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən AzVision.az - a verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

"Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik", - açıqlamada vurğulanıb.

AzVision.az



Teqlər: MN  





Xəbər lenti