Türkiyə XİN xüsusi nümayəndələrin görüşünü təsdiqləyib

   Türkiyə XİN xüsusi nümayəndələrin görüşünü təsdiqləyib
  05 Yanvar 2022    Oxunub:988
Türkiyənin Xarici İşlər Nazirliyi yanvarın 14-də Moskvada xüsusi nümayəndələrin görüşünün keçiriləcəyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in yaydığı açıqlmada vurğulanıb.

"Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında ilk görüş 2022-ci il yanvarın 14-də Moskvada keçiriləcək", - məlumatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan görüş barədə açıqlama yayıb.

AzVision.az




Teqlər: Türkiyə-XİN  





Xəbər lenti