"Almatıda antiterror əməliyyatı başlayıb"

   "Almatıda antiterror əməliyyatı başlayıb"
  05 Yanvar 2022    Oxunub:975
“Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev deyib.

"Qazaxıstanın Müdafiə Nazirliyi ölkəmizin şəhərlərində vəhşiliklər törədən soyqırımçılarla döyüşə başlayıb. Terrorçular Almatıda və digər şəhərlərdə tüğyan edir. Onlar Almatıda və digər şəhərlərdə infrastruktur binalarını ələ keçiriblər. Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin desant bölməsi ilə döyüş gedir", - prezident Qazaxıstanın Təhlükəsizlik Şurasının iclasında bildirib.

AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti