Sumqayıtda ticarət mərkəzindən 12 000 manatlıq ayaqqabı oğurlandı

   Sumqayıtda ticarət mərkəzindən 12 000 manatlıq ayaqqabı oğurlandı
  06 Yanvar 2022    Oxunub:579
Sumqayıt şəhərində ticarət mərkəzlərindən birinin anbarından 12 000 manatlıq ayaqqabı oğurlanıb.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti